ABŞ Prezidenti Dondl Tramp Meksika ilə sərhədləri gücləndirməyə çağırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Tvitter hesabında yazıb. “Sərhəddə təhlükəsizlik tədbirləriin artırmağın səbəblərindən biri Meksikada 2017-ci ildə qətllərin 27 faiz artaraq, 31 174 olmasıdır. Bu rekorddur”.
ABŞ lideri demokratların "açıq sərhədlər" tələblərinə qarşı olaraq maksimum təhlükəsizlik, immiqrasiya və sərhəd polislərinə hörmət göstərilməsinə çağırır.