Qəzzada İsrail hərbçiləri ilə toqquşmalarda bir fələstinli həlak olub, 120-si yaralanıb.
Bu haqda Səhiyyə Nazirliyinin yerli nümayəndəsi Əşrəf əl-Kidra bildirib.
“Qəzzanın şərqində 25 yaşlı fələstinli həlak oldu, 120 nəfər yaralanıb”, - agentliyin həmsöhbəti deyib.
Həkimlərin hesablamalarına görə, cavan oğlan martın 30-da Qəzza sərhədində “Qayıdış marşı”nın başlanmasından bu yana həlak olan 156-cı fələstinlidir.