Türkiyənin hakim Ədalət və inkişaf Partiyasının (AKP) sözçüsü Mahir Ünal qurultaydan sonra partiya rəhbərliyinin yarısının yeniləcəyini bəyan edib.
Teleqraf.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Mahir Ünal bunun artıq ənənə halına gəldiyini söyləyib.
O, AKP-nin qadın və gənc üzvlərinə xüsusi əhəmiyyət verildiyini söyləyib: “Sistem dəyişikliyi ilə əlaqədar partiyanın nizamnaməsində bəzi məsələlərə yenidən baxılacaq və dəyişiklik olacaq. Bu, bəzi şəxslərin vəzifədən uzaqlaşdırılması demək deyil, müəyyən postlarda yerdəyişmələr olacaq”.