Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 28-29 sentyabr tarixlərində Almaniyada səfərdə olacaq.
Teleqraf.com xəbər verir ki, bu haqda Almaniyanın prezident administrasiyasından bildiriblər. Səfər zamanı Ərdoğanla baş nazir Merkelin görüşü nəzərdə tutulub.
Ərdoğan Almaniyaya həmkarı Frank-Valter Steinmeier tərəfindən iyunun 24-də keçirilən seçkilərdən az sonra dəvət edilib.