İngiltərənin Mançester şəhərində qızının doğulmasından iki gün sonra onu itirən ata 30 il başqa məzarı ziyarət edib.
Teleqraf.com xəbər verir ki, Saltun Viktoriya adı verilən uşaq 1988-ci ildə doğuşdan iki gün sonra vəfat edib.
Ancaq körpənin dəfn olunduğu qəbiristanlıqda müəyyən səbəblərdən 16 məzar başqa bir əraziyə köçürülüb. Bu barədə isə ziyarətçilər xəbərdar edilməyib.
Artıq Mançester şəhər bələdiyyəsi buna görə atadan üzr istəyib.
“Məzarın başqa bir əraziyə köçürüldüyünü mənə deməyiblər. Məzarlığa gələndə qızımla söhbət edir, baş-başa dərdləşirdik. Bu çox üzücü hadisədir. Mən 30 il boş torpaq parçası ilə danışmışam”, - Viktoriyanın atası deyib.