14 Avqust 2018 00:28
539
12 Punto 14 Punto 16 Punto 18 Punto

Efiopiyanın şərqində silsilə hücumlar nəticəsində azı 37 nəfər ölüb, 40-dan çox insan yaralanıb.

Bu barədə yerli polis nümayəndəsinə istinadən "Addis Standard" nəşri yazıb.

Hücum bazar ertəsinə keçən gecə Şərqi Hararqe rayonunda (Oromiya bölgəsində, Efiopiyanın somalililər məskunlaşan qonşu Somali bölgəsi ilə sərhəddə) baş verib.

Polisin məlumatına görə, hücumlar Somali bölgəsi rəhbərliyinin yaratdığı "Liyyu polisi" kimi tanınan qeyri-nizami silahlı qruplaşma tərəfindən törədilib.

"Biz hücuma gətirib çıxaran səbəbləri bilmirik", — deyə nəşrin həmsöhbəti bildirib.


Müəllif: Mənbə/Report