14 Avqust 2018 15:20
2 300
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan İranın ən vacib tərəfdaşlarından biridir və rəsmi İrəvan bu ölkə ətrafında gedən prosesləri diqqətlə izləyir.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Nağdalyan ABŞ-ın İrana qarşı yeni sanksiyaları ilə bağlı suala cavab verərkən deyib:

“Biz həm İran, həm də bütün tərəflərlə açıq dialoq aparmağı davam etdiririk. Lakin İranla münasibətlərin prizması hökumətin proqramında əksini tapır”.

Anna Nağdalyan yaxın günlərdə Baş nazir Nikol Paşinyanın İrana səfər edəcəyi ilə bağlı yayılmış məlumatlara da aydınlıq gətirib. O, Paşinyanın proqramında İran səfərinin olmadığını bildirib və bir müddət əvvəl Ermənistan XİN və İranın İrəvandakı səfirliyinin bununla bağlı yaydığı məlumatı təkzib edib.

Qeyd edək ki, bir neçə gün əvvəl Ermənistan XİN-dən Armenpress saytına Paşinyanın yaxın günlərdə Tehrana gedəcəyi ilə bağlı məlumat verilmişdi.

Əlavə edərək ki, ABŞ tərəfi sanksiyaların İranla əməkdaşlıq edən dövlətlərə də şamil ediləcəyini açıqlayıb.

Yaxın günlərdə İrana səfər etmək istəyi barədə məlumat yayılmış Nikol Paşinyan sentyabrda ABŞ Prezidenti Donald Trampla görüşmək niyyətindədir. ABŞ tərəfi əvvəl buna nəzəri olaraq razılıq versə də, Ermənistan baş nazirinin İran səfəri barədə məlumat yayıldıqdan sonra ABŞ-ın İrəvandakı səfiri Riçard Mills açıqlama verərək, Trampın Paşinyanla görüşmək istədiyini, amma buna vaxtının olmadığını bildirmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər