AKP Baş katibinin köməkçisi Erol Kaya 883 bələdiyyə və 39 rayon təşkilatına ABŞ məhsulları almamaqla bağlı təlimat göndərib.
Teleqraf.com xəbər verir ki, təlimatda ABŞ-ın Türkiyəyə qarşı təzyiqləri və onun doğurduğu nəticələr barədə geniş məlumat verilib və sonda qeyd olunur ki, bələdiyyələr dövlətin siyasətinə dəstək olaraq ABŞ məhsullarını almamalı, yerli istehsala üstünlük verməlidirlər.
Bələdiyyələrə ehtiyac olmadığı təqdirdə xaricdən tikinti materialları, dəftərxana ləvazimatları, avtomobil, telefon və digər məhsulları almamaları tövsiyyə olunur.