16 Avqust 2018 21:20
737
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meksikada narkomafiyanı zərərsizləşdirmək üçün ordu qüvvələrindən istifadə olunub.

Teleqraf.com xəbər verir ki, anti-narkomaniya əməliyyatları zamanı “Xalisko” narkomafiyasının 50 üzvü tutulub.

Meksikanın ən güclü qruplaşmalardan olan “Xalisko” dəfələrlə polis bölmələrinə hücum edib, asayiş keşikçilərini öldürüb. Son illərdə Meksika polisi mafiyanın fəaliyyət göstərdiyi məkanlara yaxınlaşa bilməyiblər.

Ölkə rəhbərliyi “Xalisko”nun lideri Nemesio Osegera Servantesin yerini deyənə 1,5 milyon dollar mükafat vəd edib.


Müəllif: Teleqraf.com