İranın Teleradio Şirkətinin 1-ci telekanalında yayımlanan proqramda Güney Azərbaycan ərazisi ilə bağlı təhrifə yol verilib.
Teleqraf.com xəbər verir ki, proqramda Güney Azərbaycanın Heyran Gədiyi bölgəsi Gilan əyalətinin ərazisi kimi təqdim edilib.
Bölgə haqda hazırlanmış proqramda ərazi “Astara Heyranı” adlandırılıb. Həmçinin Nəmin tunelindən Astara istiqamətindəki ərazilər “Gilan əyaləti” kimi təqdim olunub. Bundan əvvəl Rəşt şəhərinin meriyası Gilanın giriş qapısını məhz bu ərazidə yerləşdirib.
Proqramda ərazidə yaşayanların da qeyri-türk olduqları iddia edilib.
Qeyd edək ki, bu ilin mart ayında Heyran Gədiyi adlanan ərazidə bu məntəqənin Gilan əyalətinə aid olduğunu göstərən çoxlu sayda lövhə quraşdırılıb. Lakin lövhələrin əksəriyyəti azərbaycanlı fəallar tərəfindən götürülüb. Bir çöx lövhədə isə Gilan sözü silinərək, Ərdəbil və Azərbaycan ifadələri yazılıb.
Proqramın video görüntüsünü təqdim edirik: