18 Avqust 2018 11:58
1 910
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı Suriyada İŞİD-in işğalından xilas edilən və hazırda PKK-nın nəzarətində olan Rakkanın yenidən qurulmasına 100 milyon dollar ayırıb.

Teleqraf.com xəbər verir ki, bu şəhər PKK-ya yaxın olduğu şübhə doğurmayan Suriya Demokratik Gücləri adlı qüvvənin nəzarətindədir.

Ər-Riyadın Türkiyəyə qarşı düşmən mövqedə olan bu qüvvənin nəzarət etdiyi şəhərə belə böyük maliyyə ayırması Ankarada birmənalı qarşılanmır.

Bu ara, ABŞ-Türkiyə böhranının davam etdiyi bir ərəfədə Donald Trampın anti-İŞİD koalisiyasındakı xüsusi nümayəndəsi, Vaşinqtonun PKK ilə əlaqələrində kilid şəxslərdən hesab olunan Breet Mcgurk Suriyanın Rakka şəhərinə gəlib.

Tvitter hesabında paylaşdığı fotoda Rakkaya layihələrə baxmağa gəldiyini iddia edən səfir PKK terrorçuları ilə çəkilən fotosunu paylaşıb.

Qeyd edək ki, Tramp prezident seçiləndən sonra Barak Obama dövründə iş başında olan bir çox şəxsləri vəzifədən çıxarıb.

Buna rəğmən Breet Mcgurk öz vəzifəsində saxlanılıb.


Müəllif: Cavad

Oxşar xəbərlər