İran hökuməti turistləri ABŞ-ın təzyiqlərindən qorumaq üçün onların pasportlarına möhür vurmayacaq.
Teleqraf.com xəbər verir ki, İran hökuməti xarici turistləri bu tədbirlərin köməkliyi ilə hər hansı bir narahatlıqdan azad etmək niyyətindədir.
Bu təşəbbüs artıq İranın Xarici İşlər Nazirliyi, həmçinin Sənaye, Ticarət və Mədən Nazirliyi tərəfindən dəstəklənib.