21 Avqust 2018 07:02
599
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Müdafiə Nazirliyinin (Pentqaon) Perspektiv Tədqiqat Layihələri Agentliyi anonim və təhlükəsiz mobil messencerin hazırlanmasına 44 milyon dollar ayırıb.

Teleqraf.com ICTnews-a istinadən xəbər verir ki, hakerlər sistem qovşaqlarından birinə müdaxilə etdiyi halda belə yeni proqram hər bir istifadəçinin "tam məxfiliyini”, həmçinin "ötürülən mesajların bütövlüyünü” təmin etməlidir.

Proqram daxilində həmsöhbətlərin dialoqları şifrələnəcək. Həmçinin messencer internetə çıxış olmayan bir şəbəkə daxilində işləməlidir.

Sözügedən proqram 2019-2023-cü illər ərzində işlənib hazırlanacaq. Yeni messencerin "Android” əməliyyat sistemi üçün versiyasını hazırlamaq planlaşdırılır.


Müəllif: Teleqraf.com