23 Avqust 2018 08:15
986
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçrənin “Credit Suisse” bankı ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalarla bağlı bu ölkə ilə əlaqəli 5 milyard dollara yaxın aktivi dondurub.

Teleqraf.com xəbər verir ki, İsveçrənin neytral statusuna görə Rusiya Federasiyasına qarşı sanksiyalar orada qüvvədə deyil. Lakin bu ölkənin bankları Amerika dollarından çox asılı olduğu üçün Birləşmiş Ştatların siyasətinə uyğun hərəkət etməyə məcburdur.

ABŞ-ın hakimiyyət orqanları avqustun 22-dən Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır. Vaşinqton ilk növbədə Moskvaya ikili təyinata malik məhsullar göndərilməsinə qadağa qoyacaq. Bundan əlavə, Amerika senatorları avqustun 2-də Konqresə Rusiyaya qarşı məhdudlaşdırma tədbirlərini sərtləşdirən qanun layihəsi təqdim ediblər. Sənəd Rusiyanın enerji və maliyyə sektorlarına, o cümlədən oliqarxlara və dövlət müəssisələrinə qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər