24 Avqust 2018 13:04
2 058
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Bundestaqının üzvü Albert Veyler Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə dəvət edilib.

Teleqraf.com xəbər verir ki, işğal ərazilərindəki separatçılar bununla bağlı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilmiş Veylerin özünə müraciət edib.

Qarabağdakı separatçı rejimin nümayəndəsi Masis Mayilyanın adından yayılmış müraciətdə deyilir: “Masis Mayilyan Albert Veyleri Almaniya Bundestaqının Almaniya-Cənubi Qafqaz parlament qrupu ilə əməkdaşlıq məsələlərini müzakirə etmək üçün əlverişli bir zamanda yenidən Qarabağa dəvət edir”.

Albert Velyer 2014-2016-cı illərdə işğal edilmiş Dağlıq Qarabağa qanunsuz səfər etdiyi üçün Azərbaycanda “arzolunmaz şəxs” elan edilib və ölkə ərazisinə girişi qadağan edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər