27 Avqust 2018 16:12
945
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp senator Con Makkeynin ölümü ilə bağlı Ağ Evin hazırladığı başsağlığının dərcini qadağan edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Ağ Ev əməkdaşlarının hazırladığı bəyanatda C.Makkeynin qəhrəmanlığı tərənnüm olunub, onun Vyetnam müharibəsində iştirakı, şücaət göstərməsi, əsir düşməsi, hər zaman ABŞ-a xidmət etməsi kimi məqamlara toxunulub.

Ancaq D.Tramp tvit yazmağı başsağlığı mətnindən üstün tutub.

Prezidentin mətbuat katibi Sara Sanders və aparatın şefi Con Kelli də bu məsələdə susqunluq nümayiş etdiriblər.

Sanders qəzetin bununla bağlı sualını şərh etməkdən də imtina edib.


Müəllif: Səxavət

Oxşar xəbərlər