Kürdlərin parlament koalisiyasında yer alması vəziyyəti dəyişməyəcək. Kərkük bazarlıq predmeti olmayacaq.
Teleqraf.com xəbər verir ki, bunu İraqın Baş naziri Heydər əl-İbadi deyib.
Baş nazir bu məsələnin koalisiyada yer alan siyasi partiyalar üçün müzakirə mövzusu olmayacağını diqqətə çatdırıb.
Qeyd edək ki, mayın 12-də keçirilmiş parlament seçkilərində iştirak etmiş Müqtəda əs-Sədrdin “Sairun”, Heydər əl-İbadinin “Zəfər”, şiə lider Əmmar əl-Həkimin “Milli Hərəkat” və keçmiş baş nazir İyad Əlləvinin “Vətəniyyə” partiyaları koalisiya yaratmaq haqda qərar qəbul ediblər.
Kürdlərin Kürdüstan Vərənpərvərlər İttifaqı da koalisiyada yer alacaq.
Şimali İraq Kürd Muxtariyyətinə bağlı silahlı peşmərgələr 2017-ci ilin oktyabrında rəsmi Bağdadla anlaşaraq, Kərkük və digər türkmən bölgələrindən geri çəkiliblər.
Kürd diplomatlar isə İraq hökuməti ilə yeni anlaşma əldə etdiklərini və peşmərgələrin yenidən Kərkükə qaytarılacağını iddia edirlər.