Amerikalı müğənni Lana Del Rey “Meteor” festivalı çərçivəsində sentyabrın 7-də İsraildə nəzərdə tutulan konsertini ləğv edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, müğənni Fələstinə görə İsrailin boykot olunması çağırışına əsasən belə addım atıb.
Lana Del Rey özünün Tvitter mikrobloqunda qərarını belə əsaslandırıb: “Həm Fələstində, həm də İsraildə konsert vermək və bütün izləyicilərimlə bərabər davranmaq vacibdir. Təəssüf ki, bu qədər qısa müddət ərzində hər iki ölkədə birdən konsert vermək mümkün olmadı.
Buna görə də həm israilli, həm də fələstinli, eləcə də bölgədəki digər ölkələrdəki izləyiclərimə konsert vermək mümkün olana qədər “Meteor” festivalı çərçivəsində konsetimi təxirə salıram”.
Müğənni ötən aylar İsrailin boykot olunması çağırışlara cavab olaraq siyasi mövqeyinin olmadığı bildirmişdi.
İsraildə konsert verdiyi üçün onu qınayan fanatlarına belə cavab vermişdi: “Musiqi bəşəridir və düşünürəm ki, insanları bir araya gətirmək üçün istifadə olunmalıdır. Konsert təklifini oradakı uşaqlarla əlaqə qurmaq, sülh və enerji yaratmaq üçün qəbul elədim. Buna qoşulmaq istəmirsinizsə, başa düşərəm. Hər iki tərəfi anlayıram”.