1 Sentyabr 2018 23:28
1 266
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qeyri-adekvat vəziyyətdə olan qadın İtaliyanın Kanneto sul-Olo şəhərində kommunal muzeyə daxil olaraq, oradakılara bıçaqla hücum edib.

Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, daha sonra o, küçəyə çıxaraq, yoldan keçənlərə bıçaqla zərbə endirməyə başlayıb. Hadisə nəticəsində 4 nəfər yaralanıb. Onlardan 54 yaşlı qadın aldığı yaralardan dünyasını dəyişub.

Hadisə yerinə polis qüvvələri cəlb olunub. Hadisəni törədən qadın saxlanılıb. 58 yaşlı həmin qadın Polşa sakinidir. Onun bu addımının səbəbləri aydınlaşdırılır. Qadını saxlayan polis deyib: "Mən onu həbs etmək üçün yaxınlaşdım. Onun gözləri hədəqəsindən çıxmışdı".


Müəllif: Nahid