2 Sentyabr 2018 17:16
2 355
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstan patriarxı I Bartolomey Ukrayna Ortodoks Kilsəsinə otosefali (müstəqillik) verəcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, o, bu barədə Rusiya patriarxı Kirillə xəbərdarlıq edib.

Ukrayna Ortodoks kilsəsinin baş yepiskopu Ustratius Yunanıstandakı Ukrayna kilsəsinə Rusiya yeparxiyasından ayrılmaq haqda fikirləşdiyini və İstanbuldakı görüşündə bu barədə Kirillə məlumat verdiyini deyib.

Qeyd edək ki, Ukrayna ortodoks kilsələri uzun müddətdir Rusiya ortodoks kilsələrindən ayrılmaq və müstəqil Ukrayna kilsəsinin qurulmasını istəyirlər. Ukrayna Ali Radası da Yunanıstan yeparxiyasından Ukraynada müstəqil kilsə quruculuğuna kömək istəyib. Parlament artıq bununla bağlı qanun layihəsini də qəbul edib.

Qanun layihəsinin qəbul edilməsi, Rusiya və Ukrayna arasındakı diplomatik böhranı bir qədər də gərginləşdirib. Yunanıstan Yyparxiyasının isə Ukraynanın təklifinə müsbət cavab verməsi xristian dünyasına çaxnaşmaya gətirib çıxarıb.

Məlumdur ki, 1991-ci ildə SSRİ-nin dağılmasından sonra Ukrayna Ortodoks Kilsəsi 3 yerə bölünüb. Bunlardan biri 1500-cü illərdən etibarən Moskva Patriarxlığına bağlı olan Kiyev Arxiyepiskopluğudur. Rusiyadan tamamiləm ayrılmağı müdafiə edən ukraynalı din adamları isə müstəqil Kiyev Patriarxlığı və Ukrayna Otesefal Ortodoks Kilsəsini qurdular.

1992-cü ildən Ukrayna kilsəsinin müstəqillik tələbləri tez-tez gündəmə gəlsə də, Rusiya bu tələbləri yerinə yetirməkdən imtina edir. Ortodoks dünyasının qəyyumu iddiasında olan Rusiya Ukrayna kilsələrinin bu tələblərinin siyasi xarakterli olduğunu bildirir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər