Ukrayna milli təhlükəsizlik və müdafiə şurasının mətbuat katibi Andrey Lısenkonun sözlərinə görə, Luhansk yaxınlığında qaçqınları daşıyan avtomobil karvanının atəşə düşdüyü yerdə 15 cəsəd aşkar edilib. Onun sözlərinə görə, hadisə yerində axtarışlar davam edir.
Bazar ertəsi günü Ukrayna rəsmiləri qaçqınlar karvanına “Qrad” qurğularından atəş açıldığını ehtimal etmişdilər. Ukrayna ordusu silahlı separatçıları atəş acmaqda ittiham edib.
Öz növbəsində separatçılar Ukrayna rəsmilərinin itihamlarını “təbliğat” adlandıraraq, qeyd olunan zərbənin onların hərbi imkanaları xaricində olduğunu qeyd ediblər. Bu məlumatların təsdiqini BBC müstəqil mənbələrdən ala bilməyib.
ABŞ dövlət departamenti bazar ertəsi qaçqın avtokarvanının atəşə tutulmasını pisləyərək, hücumun arxasında kimin tərəfindən edildiyinə dair məlumatın olmadığını bildirib.
/BBC/