20 Avqust 2014 11:42
954
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Odnoklassniki" sosial şəbəkəsi məhkəməyə verilib.

Erməni qız Asmik Akopyan Moskva məhkəməsində sosial şəbəkə haqqında 1 milyon rubl (21 800 manat) dəyərində iddia qaldırıb.

Akopyan bildirib ki, "Odnoklassniki"də paylaşdığı şəklin altında naməlum istifadəçi təhqiredici şərhlər yazıb. Saytın adminstratoru isə həmin şəxsi tapmaqdan imtina edib. Bundan sonra Akopyan şərh yazan şəxsin tapılması üçün polisə müraciət edib. Lakin polis onun müraciətini qəbul etməyib.

Ona görə də Asmik Akopyan sosial şəbəkəni məhkəməyə verib.

/anspress/


Müəllif:

Oxşar xəbərlər