Almaniyanın xarici işlər naziri Heiko Maas İranın paytaxtı Tehranda keçirilən Suriya Zirvəsində atəşkəsi dəstəkləyən Türkiyəyə təşəkkür edib.
Teleqraf.com xəbər verir ki, Maas Berlində Beynəlxalq Qızıl Xaç Komitəsinin rəhbəri Peter Maurer ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında İdlibdə atəşkəsin əldə olunması üçün mümkün olan hər şeyi etdiklərini bildirib.
Maas bununla bağlı Türkiyə rəsmilərilə danışıqlar aparıldığını və türk yetkililərinin Tehran sammitində sərgilədiyi mövqedən dolayı məmnunluğunu ifadə edib.
Maas alman hökumətinin Beynəlxalq Qızıl Xaç Komitəsinə 150 milyon avro verəcəyini qeyd edib.