15 Sentyabr 2018 11:48
2 088
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkənin İran seqmentində əhli-beyt məddahının Təbriz əhalisini təhqir edən videosu yayılıb.

Teleqraf.com-un məlumatına görə, məddah şəhər əhalisini məhərrəmlik mərasimlərinə qatılmadığı üçün təhqir edir.

O, şəhərdə xiyabanların bağlanması və səs-küyə etiraz edənlərin ünvanına aşağılayıcı ifadələr işlədir.

“Bizə etiraz edənlər kor olsun. Biz təkcə burada deyil, günahkar şəhərin (Təbriz nəzərdə tutulur-red.) hər yerində mərasim keçirəcəyik. Bu günahkar şəhər biz mərasim keçirənlərə adət etməlidir. Elələri var ki, uşağını satır və belə mərasimlər təşkil edir. Hər kim hər nə deyir desin, biz ərbabımızın (İmam Hüseyn-red.) adı ilə yaşayırıq. Bu, hələ heç nə deyil. Mən həyatımı satıb ərbabıma mərasim keçirərəm. Onlar qanmırlar, onlar bilmirlər İmam Hüseyn kimdir”.

Sosial şəbəkə istifadəçiləri insanları istirahət vaxtında narahat etdiyinə görə, məddahı öz yerini bilməyən şəxs adlandırıblar.


Müəllif: Səxavət

Oxşar xəbərlər