Suriyanın İdlib bölgəsi ətrafındakı mövcud gərginlik narahatlıq yaradır.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
Putin terrorçu və silahlı müxalif birləşmələrin nəzarətində olan İdlibdəki son vəziyyətlə bağlı Rusiya Federal Təhlükəsizlik Şurasının iclasını çağırıb.
İclasda çıxış edən Rusiya başçısı İdlibin terrorçuların nəzarətində olmasının bölgədə ciddi problemlərə yol açacağını bildirib.
Qeyd edək ki, bir müddət əvvəl məsələ ilə əlaqədar Tehranda İran, Türkiyə və Rusiya prezidentlərinin görüşü keçirilmişdi.
Görüşdə razılaşma əldə edilməyib.