15 Sentyabr 2018 20:44
1 558
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı yazar Bob Vudvard yeni çapdan çıxmış “Qorxu: Tramp Ağ Evdə” adlı kitabında sensasiyalı iddialar irəli sürüb.

Teleqraf.com xəbər verir ki, kitabında ABŞ Prezidenti Donald Trampın kürəkəni Jared Kuşnerin Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salmanla gizli əlaqələrinin olduğu qeyd edilir.

Vudvard bildirir ki, şahzadənin ölkəsində liderlik səviyyəsinə gəlməsində Kuşnerin əvəzsiz xidmətləri var.

O iddia edir ki, prezidentin kürəkənindən fərqi olaraq, şahzadə Ağ Ev yetkililəri tərəfindən o qədər də sevilmir: “ABŞ kəşfiyyatı və Ağ Ev Səudiyyənin gələcək lideri kimi keçmiş vəliəhd Məhəmməd bin Nayifin daha uyğun olduğunu düşünürlər. Kuşnerin namizədi isə bin Salmandır. Kürəkən hesab edir ki, Salman daha xarizmatikdir”.

Bob Vudvard kitabında daha sonra yazır:

“Gələcək Məhəmməd bin Salmanındır. Lakin Pentaqon rəhbəri Ceyms Mets və bir sıra rəsmi şəxslər Kuşnerin təklifini ciddi formada araşdırdı. Keçmiş dövlət katibi Reks Tillerson da prezidentin kürəkəninə xəbərdarlıq edib”.

Müəllif qeyd edir ki, şahzadə Vaşinqtona səfəri zamanı Ağ Evdə Prezident Donald Trampla nahar edib: “Lakin səfərin protokolunda prezidentlə nahar yeməyi yer almayıb”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər