Avropa üçün əsas təhlükə ayrı-ayrı ölkələrin Avropa İttifaqından çıxması deyil, populizm və neonasizmdir.
Teleqraf.com xəbər verir ki, bunu Yunanıstan Prezidenti Prokopis Pavlopulos sentyabrın 13-14-də Riqada keçirilən Arrayoluş (Arraiolos) qrupunun sammitindən sonra jurnalistlərə bildirib:
“Neonasizm və populizmin bütün formaları vətənpərvərlik adı altında gizlənib. Onların bir məqsədi var – kabusu dirçəltmək. O kabusu ki, bir neçə on illiklər öncə Avropanı və demək olar, bütün dünyanı dağıtdı. Ona görə də biz onlarla mübarizə aparmalıyıq”.
Yunan prezident 2019-cu ilin mayında Avropa Parlamentinə keçiriləcək seçkilərdə avropalıların hansı Avropanı görmək istədiklərinə qərar verməli olduqlarını vurğulayıb.
O, bu seçkiləri neonasizmin dirçəlməsi və ya məğlubiyyəti baxımından “həlledici” adlandırıb.