17 Sentyabr 2018 08:17
999
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müxalifət İşçi Partiyasının üzvü, Londonun Bələdiyyə başçısı Sadiq Xan Böyük Britaniyanın Avropa İttifaqının (Aİ) tərkibindən çıxmasından (Brexit) sonra daha bir referenduma ehtiyac olduğunu bildirib.

Teleqraf.com-un məlumatına görə, Sadiq Xan “The Observer” jurnalında dərc edilən məqaləsində qeyd edir ki, Aİ-dən çıxma prosesi ölkə iqtisadiyyatı, əmək bazarı və səhiyyə sistemi üçün xoşagəlməz nəticələrə gətirib çıxara bilər.

Böyük Britaniyanın altı ay ərzində Aİ-dən çıxması gözlənilir, ancaq hökumət və Brüssel arasında hər hansı bir razılaşma əldə olunmayıb.

Qeyd edək ki, Böyük Britaniyanın Baş naziri Tereza Mey “The Sunday Telegraph” qəzetinə açıqlamasında hökumətin yeni bir referenduma razılıq verməyəcəyini diqqətə çatdırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər