17 Sentyabr 2018 16:59
1 166
12 Punto 14 Punto 16 Punto 18 Punto

Protez əl öpən məşhur dindar Cübbəli Əhməd tanınmış türk tənqidçisi Əhməd Hakana sərt cavab verib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Cübbəli Əhmədin I Dünya Müharibəsi zamanı bir qolunu itirmiş şeyx Dıyaüddinin əlindəki protezi öpməsi türk mediasında böyük ajiotaja səbəb olmuşdu.

Məsələni şərh edən “Hürriyyət” qəzetinin yazarı Əhməd Hakan mediada dindarı sərt tənqid edib. Tənqidlərə cavab verən Cübbəli Əhməd isə “Əl öpmək hörmət əlamətidir! İbadət nişanı deyil! Əgər elə olmasaydı, Əhməd Hakanın öpdüklərindən Nişantaşına qədər abidələr ucalardı!” – deyə açıqlama verib.

O, həmçinin qeyd edib ki, şəhidlərin tabutunu öpənlərə sərt münasibət göstərən cəmiyyətdən qolu şəhid olan bir dindarın protezini öpməyimə bu cür reaksiya gəlməsinə təccüblənmir.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər