İdlib bölgəsində hərbi əməliyyat həyata keçirilməyəcək. Məsələ ilə bağlı detallar Suriya tərəfi ilə yaxın saatlarda koordinasiya ediləcək.
Teleqraf.com Türkiyə KİV-nə istinadla xəbər verir ki, bu sözləri Rusiya Müdafiə naziri Sergey Şoyqu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putinin Soçidəki görüşündən sonra mediaya açıqlamasında deyib.
Sergey Şoyqu məsələnin Suriya Prezidenti Bəşər Əsədlə müzakirə ediləcəyini deyib.