19 Sentyabr 2018 16:15
1 251
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən heç vaxt siyasətdən getməmişəm.

Teleqraf.com xəbər verir ki, bu sözləri Ermənistanın sabiq prezidenti Robert Köçəryan “Kommersant” qəzetinə müsahibəsində deyib:

“Prezidentlər heç vaxt siyasətdən getmirlər. 10 il ərzində mənim siyasi fəaliyyətim çox zəif olub. Fikirlərimi yalnız vacib məsələlərlə bağlı bildirirdim. Bundan sonra mən daha aktiv fikir bildirməyə başlayacam”.

Müsahibə zamanı Köçəryan siyasətdə iştirakının hansı formada olacağı sualına belə cavab verib: “Hansı formada? Bu, partiya fəaliyyəti və ya hərəkat, ola bilsin, hansısa partiya ilə sadəcə əməkdaşlıq, ola da bilər fərdi... Hələ dəqiqləşdirməmişəm”

“Ermənistanda son zamanlar nə baş verir?” sualına cavabda keçmiş prezident deyib: “Son dövrlər heç kim nəyin baş verdiyini bilmir. Fikirləşirəm ki, Paşinyan məsələni anlayır. Bilirsiniz, populizm hesabına hakimiyyətə gəlmək olar. Tarixdə belə hallar çox olub. Bu halda hakimiyyətə gəlmək asan, onu tərk etmək isə olduqca çətin olur. Hakimiyyətdən başı uca getmək lazımdır. Son 4 ay göstərdi ki, problemlər hələ həllini tapmır və bu, mənim qayıdışımın əsas səbəblərindən biridir”.


Müəllif: Mirvari Əzizova