Son illər İsrail və Azərbaycan arasında strateji əməkdaşlıq hiss ediləcək səviyyədə inkişaf edib.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya KİV-ə açıqlamasında misirli politoloq Əmir Əldib deyib.
Onun sözlərinə görə, Yaxın Şərqdəki qeyri-sabit vəziyyət iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsinə töhfə verir və bu münasibətlər qarşılıqlı maraqlara malikdir:
“Azərbaycan böyük neft ölkəsidir, İsrail isə regionda hərbi gücə malikdir. İsrail Azərbaycanın ilk beş ticarət tərəfdaşlarından biridir. Bakı İsrailin neftə olan tələbatının 40 faizini ödəyir. Azərbaycan isə İsraildən ən modern silahları alır. İsrail şirkətləri də Azərbaycanda hərbi sənayenin qurulmasında fəal iştirak edirlər. Demək olar ki, bütün dünyanın diqqəti müsəlman ölkəsi olan Azərbaycan və yəhudi dövləti İsrail arasındakı qəribə münasibətlərin üzərindədir”.