21 Avqust 2014 09:50
819
12 Punto 14 Punto 16 Punto 18 Punto

Harf Fergusondaki hadisələri təqib etdiyi sırada polisin Anadolu agentliyinin müxbiri Bilgin Şaşmaza silah istiqamətləndirib ölümlə təhdid etməsiylə əlaqədar olaraq "Hər yerdə bəzi çətinliklər var və biz bu mövzularda səsimizi yüksəldirik. Ancaq, (Şaşmazın) vəziyyəti ilə bağlı əlimdə detallar yoxdu" dedi.

Şaşmazın nəzarətə alınarkən polis tərəfindən həyatının təhdid edilməsi istiqamətli suala Harf "Sizi bu mövzuda yerli səlahiyyətlilərə yönlendirirəm" cavabını verdi.

Harf "ABŞ-ın jurnalistlərin saxlanılması mövzusunda Türkiyə də daxil olmaqla, digər ölkələrə ciddi tənqid gətirdiyi amma öz polisinə səssiz qaldığı" qiymətləndirməsi üzərinə, bunları söylədi: “Bununla razı deyiləm. ABŞ prezidenti Barak Obama və ədliyyə nazirimiz Erik Holder Fergusondaki hadisələr mövzusunda səssiz qalmadı. Ədliyyə naziri bu gün oradadır. ABŞ-ın ikiüzlü davrandığına istiqamətli fikrinizi qətiliklə təkzib edirəm, bunlar müqayisə ediləsi şeylər deyil.

ABŞ-da da nə zaman problemlər olsa, bunları düzəldər və yoluna qoyarıq və bunları şəffaf, dürüst və açıq şəkildə edərik. Türkiyə daxil olmaqla, digər ölkələri də eyni şəkildə etməyə çağırırıq. Onlar bunu etmədikdə bu mövzularda səsimizi yüksəltməyə davam edəcəyik ".

Harf Fergusonda olanlarla əlaqədar hökumət olaraq çox açıq danışdıqlarını, mətbuatda bu mövzuda açıq dialoqların olduğunu ifadə etdi.

Obamanın şərh edərək, jurnalistlərin işlərini edə bilməsi lazım olduğunu söylədiyini xatırladan Harf, eyni şəkildə digər hökumət işçilərinin də işini edən jurnalistlərin göz altına alınmaması lazım olduğunu ictimaiyyət qarşısında dilə gətirdiyini xatırlatdı.

Harf "Bu səbəbdən bir hadisə olduğunda, bir şey yolunda getmiyəndə, biz bunu açıqca, şəffaf şəkildə söyləyirik və bu vəziyyəti düzeltməyə çalışırıq" deyə danışdı.

Harf sonda ABŞ-da yaşananların digər ölkələrdə olanlarla ciddi şəkildə fərqli olduğunu qiymətləndirməsini istədiyini təkrarladı.

Xatırladaq ki, bu gün ABŞ-nin Missuri ştatının Ferquson şəhərində yeniyetmə afroamerikalının ölümündən sonra hökümət qüvvələrini irqçilikdə ittiham edən etirazçılarla polis arasında baş verən qarşıdurmanı işıqlandırmaq istəyən Türkiyənin AA agenntliyinin müxbiri ilk öncə polis tərəfindən ölümlə təhdid edilib və daha sonra saxlanılıb.


Müəllif:

Oxşar xəbərlər