Türkiyə futbol üzrə Avropa çempionatına ev sahibliyi edə bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib.
“Bütün şərtləri yerinə yetirmişik. Ədalətli qərar gözləyirik”, – deyə Türkiyə dövlət başçısı vurğulayıb.
Qeyd edək ki, “Avro-2024”ə ev sahibliyi edəcək ölkənin adı sabah İsveçrənin Nion şəhərində açıqlanacaq. Türkiyə ilə yanaşı Almaniya da ev sahibliyinə namizəddir.