NATO son 10 ilin ən böyük təliminə hazırlaşır.
Teleqraf.com xəbər verir ki, alyans 25 oktyabr – 23 noyabr tarixlərində Norveçdə son 10 ilin ən böyük təlimlərini keçirəcək.
Rusiyanın “Şərq 2018” təlimləri çərçivəsində 300 min əsgərlə şaxtalı iqlimdə əməliyyatlar keçirməsinə qarşı NATO eyni şərtlər altında 44 min əsgər və xeyli texnika ilə təlimə çıxacaq.
Təkcə Almaniya təlimlərə 10 min hərbi qüvvə göndərir.
Təlimlərdə türk hərbiçilərinin iştirakı da gözlənilir.