28 Sentyabr 2018 17:35
978
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney Azərbaycandan olan milli-mədəni fəal Kəyumərs İslamiyə hökm oxunub.

Teleqraf.com xəbər verir ki, o, Parsabad məhkəməsinin qərarı ilə 1 il azadlıqdan məhrum edilib.

İyulda Bəzz qalasına yürüş zamanı saxlanılmış İslami “separatçı fəaliyyət”də ittiham olunub. Hakim onu Parsabaddakı pantürkizmin liderlərindən biri olduğunu bildirib.

Məhkəmə hökmü çıxarılmadan əvvəl isə İran kəşfiyyatının (ETTELAAT) Parsabad şəbəsinin rəisi Həzrəti Kəyumərs İslami ilə əlaqə saxlayaraq onun dosyesinin bağlanılması üçün təklif verib: “Məhkəmədə baxılan dosyenin bağlanmasını istəyirsənsə, ETTELAAT-ın xəbər mərkəzinə müraciət edərək mədəni fəaliyyətlərinin dayandırılması və Abbas Lisani ilə əlaqələrini kəsməyə dair öhdəlik götürməlisən”.

Fəalın işinə baxan hakim isə ona İranı mədh edən yazılar müqabilində azadlığa buraxa biləcəyini deyib.

Fəal təkliflərdən heç birini qəbul etməyib.

Qeyd edək ki, Araz adı ilə tanınan Kəyumərs İslami Azərbaycan tarixi və mədəniyyəti üzrə araşdırmaçıdır. O, bundan əvvəl də Güney Azərbaycan türklərinin haqları uğrunda apardığı fəaliyyətlərə görə, İranın təhlükəsizlik orqanları tərəfindən saxlanılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər