“İraq Şam İslam Dövləti” (İŞİD) terror təşkilatı 600 yezidi gənc qızı əlində saxlayaraq onlara işgəncələr edir.
Bu barədə İraq insan haqları naziri Məhəmməd Siya əs-Sudani bildirib.
Onun sözlərinə görə, İŞİD həmin qızları Telafərdəki “Əl-Asar” məktəbində saxlayır. İraqlı nazir bölgədəki vəziyyətin getdikcə təhlükəli hal aldığını qeyd edib. O, 350 yezidi vətəndaşın da İŞİD silahlıları tərəfindən edam edildiyini deyib.
Sudani qeyd edib ki, İraqda yaşanan humanitar fəlakətin öhdəsindən gəlmək artıq ölkənin imkanları xaricindədir.
/publika.az/