Son bir həftədə Türk Silahlı Qüvvələri 2-si lider olmaqla 68 terrorçunu məhv edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumatda qeyd olunur ki, türk ordusunun PKK, KCK, PYD-YPG və İŞİD başda olmaqla ölkə daxilində və xaricində əməliyyatları davam edir.
Son bir həftədə ölkə daxilində 12, ölkə xaricdə isə 56 terrorçu məhv edilib.
Bu əməliyyatlar zamanı 9 türk əsgəri şəhid olub, 9 əsgər isə yaralanıb.
Ümumilikdə isə “Zeytun budağı” əməliyyatı da daxil olmaqla bu günə qədər 4584 terrorçu məhv edilib.