Elm ocağı olan universitetin zalı şadlıq salonuna çevrilib.
Teleqraf.com xəbər verir ki, Türkiyənin Sivas vilayətində dövlət universitetinin zalı toy üçün kirayə verilib. Bununla da kifayətlənməyən universitet idarəçiləri həmin zala "Cümhuriyyət toy salonu" adını veriblər. Bu zalda baş tutan toyun görüntüləri sosial şəbəkədə yayıldıqdan sonra universitet rəhbərliyindən şikayətlər edilib.