Avropa Komissiyası Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğanın ölkəsinin Avropa Birliyinə üzvlük məsələsinin referenduma çıxarılacağı haqqında son açıqlamasını qiymətləndirib.
Teleqraf.com-un məlumatına görə, Avropa Komissiyasından bildirilib ki, Türkiyənin Avropa Birliyinə üzv olmaq istəyib-istəməməsi Türkiyə dövlət rəsmiləri tərəfindən veriləcək qərardan asılıdır.
Avropa Komissiyası vurğulayıb ki, Türkiyənin Avropa Birliyinə üzvlük məsələsini referenduma çıxarmaq haqqı var.
Bununla belə Avropa Komissiyası əlavə edib ki, Türkiyə ilə strateji tərəfdaşlıq davam edir. Xüsusilə, qaçqınlar, təhlükəsizlik, enerji və iqtisadi istiqamətdə əlaqələrin inkişafında maraqlıyıq.