8 Oktyabr 2018 10:54
927
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pekində saxlanılan İnterpolun sabiq rəisi rüşvətxorluqda günahlandırılır.

Teleqraf.com xəbər verir ki, bir neçə gün öncə Çin hökuməti itkin düşmüş İnterpol rəhbəri Menq Hongveyin istintaq üçün saxlanıldığını qeyd edib.

Hazırda isə rəsmi Pekin sabiq rəhbəri rüşvətxorluqda təqsirləndirərək həbs edib.

Bundan öncə isə jurnalistlərə açıqlama verən İnterpol rəhbərinin xanımı qeyd edib ki, əri ona 25 sentyabr tarixində “zəngimi gözlə” mesajını atıb və bıçaq işarəsi göndərib. Bundan sonra xanımı ərindən xəbər ala bilməyib.

Qadının açıqlamasında iki saat sonra Fransanın Lyon şəhərində yerləşən İnterpolun Baş Katibliyi Menq Hongveyin istefası barədə qərar qəbul edib.

Araşdırmalar davam edir.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər