9 Oktyabr 2018 15:14
567
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney Azərbaycandan olan milli-mədəni fəal Müctəba Pərvin İranın təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Teleqraf.com xəbər verir ki, o, evində saxlanılaraq Ərdəbil təcridxanasına aparılıb.

Təhlükəsizlik orqanlarının əməkdaşları evdə axtarış aparmaq istəyib, lakin ailə üzvləri buna icazə vermədiyi üçün fəalı saxlayıblar. Yalnız bundan sonra Pərvinin ailə üzvləri evi tərk etmək məcburiyyətində qalıblar.

Lakin fəalın hansı ittiham üzrə saxlanıldığı məlum deyil.

Qeyd edək ki, azərbaycanlı fəalın özü və qardaşları bundan əvvəl də dəfələrlə İranın təhlükəsizlik orqanları tərəfindən saxlanılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər