İngiltərənin “Deyli Meyl” qəzeti tanınmış müxalifətçi ərəb jurnalist, “Vaşinqton Post” yazarı Camal Qaşıqçının öldürülmədiyini, Ər-Riyadda olduğunu iddia edib.
Teleqraf.com xəbər verir ki, sözügedən nəşr kral ailəsinə yaxın mənbəyə istinadla Camal Qaşıqçının Səudiyyə Ərəbistanına qaçırıldığını yazıb.
Məlumata görə, jurnalist Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğuna girəndən sonra qara avtomobil və onu izləyən ağ avtobusla birlikdə hava limanına aparılıb. Xüsusi təyyarə əvvəlcə Dubaya, daha sonra Ər-Riyada uçub.
“Deyli Meyl” jurnalistin sağ olduğunu və hələ də Ər-Riyadda saxlandığını yazıb.
Qeyd edək ki, Camal Qaşıqçı oktyabrın 2-də rəsmi prosedurlarla əlaqədar Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğuna gedib və bir daha ondan xəbər almaq mümkün olmayıb.