Güney Azərbaycandan olan milli-mədəni fəal Milad Əkbəri barəsində verilən hökm icra olunub.
Teleqraf.com xəbər verir ki, məhkəmənin hökm ilə fəala 20 şallaq zərbəsi vurulub.
Hökm Təbriz Prokurorluğunda icra edilib. Bundan əlavə, fəal 4 ay həbs cəzasını əvəz edən 1 milyon 800 min tümən məbləğində cərimə ödəyib.
Güneyli fəallar Milad Əkbərinin təhqir edildiyini bildirirlər.
Qeyd edək ki, azərbaycanlı fəal oktyabrın 6-da İranın Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən evində saxlanılıb.
Kəleybər Məhkəməsi Milad Əkbərini İran əleyhinə şüarlar səsləndirməkdə ittiham edir. Fəal isə ittihamları qəbul etmir, məhkəmə qərarının saxta olduğunu bildirir.