11 Oktyabr 2018 22:44
795
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ ordusu suriyalı müxalifləri, o cümlədən “Maqhavir” və “Əl-Tavra” qruplaşmalarına təlim keçir.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın “Stratfor” mərkəzinin analitiki Ömər Ləmrani deyib.
Analitik xüsusi təlimlərin Əl-Tanf rayonunda keçirildiyini bildirib:

“İran təlimlərin bu bölgədə keçirilməsindən və ABŞ-ın burada möhkəmlənməsindən narahatdır. Çünki İran Suriya paytaxtına silah daşımaq üçün buradan keçən yoldan istifadə edir.

Bu yola nəzarəti ələ keçirmək istəyirlər, bununla da Dəməşqə daha çox silah daşıya biləcəklər. Dəniz yolları İsrail yaxınlığından keçdiyi üçün bu, əlavə problemlər yaradır. Buna görə də, həmin bölgədən keçən yollar İsrailin nəzarəti altındadır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər