22 Avqust 2014 10:19
982
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federal İstehlakçı Hüquqlarının Qorunması Xidməti Moskvanın müxtəlif ərazilərində fəaliyyət göstərən 4 McDonald's filialını bağlayıb.

Xidmətin mətbuata açıqlamasından məlum olur ki, məşhur fəst - fudun həmin filiallarında yeməklərin keyfiyyəti çox aşağı olub. “Rospotrebnadzor” eyni zamanda McDonald’sı məhkəməyə verəcəyini də bəyan edib.

McDonald’sdan mediaya verilən məlumata görə isə bağlanılan filiallarda araşdırma aparılacaq. Onların yenidən açılması üçün çalışılacaq.


Ülkər


Müəllif:

Oxşar xəbərlər