13 Oktyabr 2018 20:43
610
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanın Mumbai şəhərində 12 gün ərzində “donuz qripi”ndən ölənlərin sayı 56-ya çatıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, “donuz qripi” kimi tanınan H1N1 virusuna yoluxaraq müalicə altında olan 51 nəfərin vəziyyəti ağırdır.

Cari ilin yanvarından bu yana “donuz qripi”ndən həlak olanların sayının 90-dan çox olduğu deyilir.

Hindistan Səhiyyə Nazirliyi əhalini gigiyenik qaydalara əməl etməyə çağırıb. Nazirlik bir çox bölgədə qabaqlayıcı tədbir kimi mindən çox evi dərmanlayıb.


Müəllif: Leyla

Oxşar xəbərlər