15 Oktyabr 2018 22:11
1 297
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət katibi Mayk Pompeo Türkiyəyə səfər edəcək.

Teleqraf.com xəbər verir ki, itkin düşən “Vaşinqton Post” yazarı Camal Qaşıqçı ilə bağlı aparılan istintaq çərçivəsində Səudiyyə Ərəbistanına səfəri planlaşdırılan ABŞ Dövlət katibi Mayk Pompeo Ər-Riyaddan birbaşa Türkiyəyə gələcək.

Xatırladaq ki, müxalifətçi ərəb jurnalist Camal Qaşıqçı oktyabrın 2-də rəsmi prosedurlarla əlaqədar Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğuna gedib və bir daha ondan xəbər almaq mümkün olmayıb.


Müəllif: Nərgiz