ABŞ-da “Sonuncu erməni” adlı kitab işıq üzü görüb.
Teleqraf.com-a bu barədə ABŞ-da fəaliyyət göstərən Türk-Amerika Təhlükəsizlik Fondunun (TASFO) başqanı Fatih Özonur məlumat verib.
Kitabın yazarı Abdullah Ayatadır. Kitabda ermənilərin ayrı-ayrı tarixlərdə Türkiyə, Azərbaycan, ABŞ, Avropa və digər bölgələrdə həyata keçirdikləri terror aktları və separatçılıq fəaliyyətləri yer alır.
Nəşrdə ASALA kimi erməni terror təşkilatları haqda məlumatlara da yer verilib.
Mətni ingilis dilinə TASFO-nun ABŞ-dakı ştat təmsilçiləri Əmrə Sərbəst və Nora Dollinqham tərəfindən tərcümə edilib.
Fatih Özonur bildirb ki, “Amazon” nəşriyyatı tərəfindən çap edilən kitab yaxın vaxtlarda satışa çıxarılacaq.
TASFO başqanı ABŞ-dakı erməni diasporunun kitabın çapına mane olmağa çalışdığını bildirib.
Fatih Özonur erməni terroru ilə bağlı film də çəkməyi planlaşdırdıqlarını deyib.