Çinin sabiq maliyyə naziri Zanq Şaokun həbs edilib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, baş prokurorluğun həbslə bağlı açıqlamasında Zanq Şaokun uzun müddət araşdırma və nəzarət altında olduğu bildirilir.
Sabiq nazirin vəzifə səlahiyyətlərini aşması, habelə qanunları pozması müəyyən edilib.
Araşdırma Çin lideri Si Çipin tərəfindən həyata keçirilən korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində aparılıb.
Bundan əvvəl Çində Beynəlxalq Polis Əməkdaşlığı Təşkilatının (İnterpol) rəhbəri Menq Honqvey həbs edilib.